5 ayda 90,1 milyon dollarlıq meşə fındığı ixrac edilib
Operativ Media
Bu ilin yanvar-may aylarında ölkədən 90,1 milyon ABŞ dolları dəyərində 7,7 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 38,3 faiz artıb, həcmi isə 17,7 faiz azalıb.
Cari ilin ilk beş ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,65 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,76 faizə bərabər olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma