Yanvar-may aylarında 27,7 milyon dollarlıq polipropilen ixrac edilib
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 27,7 milyon ABŞ dolları dəyərində 23,7 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,2 faiz, həcm olaraq isə 18,4 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,85 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net