Menyu

"Zəngilan" tankeri ilə iki ildə 566 min tondan çox yük daşınıb

Operativ Media
"Zəngilan" tankeri ilə iki ildə 566 min tondan çox yük daşınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Zəngilan” tankerinin istismara verilməsinin iki ili tamam olur. Tanker cənab Prezident İlham Əliyevin iştirakı ilə məhz 2 iyul 2024-cü il tarixində istismara verilib.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

İstismarda olduğu iki il ərzində “Zəngilan” tankeri Alaca – Kianlı – Səngəçal marşrutu üzrə 83 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 566 min 831 ton yük daşınıb.

Yeni nəsil tankerin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 düyün sürətlə hərəkət edə bilən gəmi 15 nəfərlik heyət tərəfindən idarə olunur. Ümumilikdə 6 yük çəninə malik olan tankerin dedveyti 7875 tondur.

Həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulmuş “Zəngilan” tankerinin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər