Menyu

Pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faiz artıb

Operativ Media
Pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faiz artıb

Bu ilin yanvar-may aylarında Bakının pərakəndə ticarət şəbəkəsində əhaliyə 15 107,1 milyon manatlıq, o cümlədən 8 189,0 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 6918,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bakı Şəhər Statistika İdarəsindən Operativ Media-ya verilən xəbərə görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 faiz artıb. İstehlak məhsullarının 38,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər