Menyu

Azərbaycan dəmir yolları ilə tranzit daşımaları 38% artıb

Operativ Media
Azərbaycan dəmir yolları ilə tranzit daşımaları 38% artıb
1 dəq oxu

ADY 2026-cı ilin iyun ayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

ADY-dən Operativ Media-ya verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb.

Əlaqəli Xəbərlər