Menyu

Mikayıl Cabbarov: Azərbaycan və Türkmənistan biznes əlaqələrini şaxələndirmək niyyətindədir

Operativ Media
Mikayıl Cabbarov: Azərbaycan və Türkmənistan biznes əlaqələrini şaxələndirmək niyyətindədir

Azərbaycan və Türkmənistan biznes tərəfdaşlığını şaxələndirilməsini və birgə təşəbbüslərin təşviqini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.

Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.

Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər