Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
Operativ Media
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Operativ Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 114 501 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2026-cı ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 923,4 milyon manat, yaxud 15 faiz çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net