Bu ay BTC ilə 125 min ton Qazaxıstan nefti nəqli ediləcək
Nərmin Qocamanlı
"Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ölkələrimiz arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə Hökumətlərarası Komissiya vasitəsilə töhfələrimizi və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik".
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, bu ay BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.
Nərmin Qocamanova
Teqlər:
"Bu ay BTC ilə 125 min ton Qazaxıstan nefti nəqli ediləcək"