Azərbaycanın Tailanda xam neft ixracının dəyəri artıb
Operativ Media
Bu ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində 137,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə dəyər ifadəsində 36,1 faiz çox, həcm baxımından isə 0,3 faiz azdır.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən 5,121 milyard dollar dəyərində 8,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tailand 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,55 faizi bu ölkənin payına düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net