Menyu

“Brent” markalı neftin qiyməti 85 dolları ötüb

Operativ Media
“Brent” markalı neftin qiyməti 85 dolları ötüb

Londonun ICE birjasında cari ilin sentyabr ayı üzrə “Brent” markalı xam neft fyuçerslərinin qiyməti iyunun 15-dən bəri ilk dəfə bir barel üçün 85 ABŞ dollarını ötüb.

Operativ Media xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:16-ya olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 2,04 faiz artaraq bir barel üçün 85,02 dollara yüksəlib.

Saat 04:23-də isə “Brent” markalı neftin fyuçersləri 2,78 faiz bahalaşaraq bir barel üçün 85,64 dollara satılıb.

Eyni zamanda, 2026-cı ilin iyul ayı üzrə WTI markalı xam neft fyuçerslərinin qiyməti 8,25 faiz artaraq bir barel üçün 80,42 dollara çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər