Menyu

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Operativ Media
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin iyun ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, yumurta və tərəvəzlər isə ucuzlaşıb.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 0,9% artıb.

Bununla yanaşı, mineral sular və şirələrin qiyməti 0,6%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər 0,3% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsulları, çay, qəhvə və kakao, həmçinin alkoqollu içkilərin qiymətləri 0,2% artıb. Süd və süd məhsulları isə 0,1% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzlərin və yumurtanın qiymətində qeydə alınıb. Belə ki, iyun ayında tərəvəzlərin qiyməti may ayı ilə müqayisədə 6,7% azalıb. Yumurta 4,2%, balıq və balıq məhsulları 0,3% ucuzlaşıb.

Çörək, çörək məmulatları və yarmaların, eləcə də tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər