Menyu

Ölkə üzrə muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

Operativ Media
Ölkə üzrə muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

2026-cı il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1790,6 min nəfər olub, onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 1175,0 manat təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər