Tunis Azərbaycandan neft tədarükünü artırıb
Operativ Media
Bu ilin yanvar-may aylarında Azərbaycandan Tunisə 187,6 milyon ABŞ dolları dəyərində 307,1 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə dəyər ifadəsində 5 dəfə, həcm baxımından isə 4,8 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən 5,121 milyard dollar dəyərində 8,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 3,47 faizi bu ölkənin payına düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net