Menyu

Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının həcmi artıb

Redaksiya
Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının həcmi artıb

2022-ci ildə Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının ümumi həcmi 2021-ci illə müqayisədə 4 dəfə artaraq 3 milyon tondan çox olub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolu” məlumat yayıb.

Bildirilib ki, taxıl, mədən və metallurgiya məhsullarının daşınmasında artım qeydə alınıb. Ən yüksək artım (7 dəfə) Qazaxıstandan, o cümlədən Azərbaycandan keçməklə, ixracda olub ki, bu da 2,7 milyon ton təşkil edib.

Bu ilin 1-ci rübündə ölkələr arasında daşımalar da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox artaraq müsbət dinamika nümayiş etdirir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları arasında əməliyyatların sinxronlaşdırılması məqsədilə Azərbaycan tərəfi ilə birlikdə nəqliyyatın planlaşdırılması və əlaqələndirilməsi üçün virtual dispetçer mərkəzi yaradılıb ki, bu da malların daşınması ilə bağlı ölkələrarası məlumat mübadiləsini təkmilləşdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər