Menyu

Sosial ödəmələr üzrə daxilolmalar artıb

Sosial ödəmələr üzrə daxilolmalar artıb

2023-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 192,7 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 145,3 milyon manat artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Operativ Media”ya verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin I rübü ilə müqayisədə 15,9 faiz artaraq 753,2 milyon manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artaraq 41,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə ödəmələr 19 faiz artaraq 30,6 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb və 213,8 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr isə 26,2 faiz artaraq 149,5 milyon manat olub.

Teqlər:

"Sosial ödəmələr üzrə daxilolmalar artıb"

Əlaqəli Xəbərlər