Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib
Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.