Menyu

"Monako"nun futbolçusu Pol Poqba məşq zamanı zədələnib

Operativ Media
"Monako"nun futbolçusu Pol Poqba məşq zamanı zədələnib

​Fransanın "Monako" klubunun yarımmüdafiəçisi Pol Pogba komandanın məşqi zamanı zədə alıb.

​Operativ Media xəbər verir ki, bu barədə "Nice-Matin" nəşri məlumat yayıb.

​Bildirilib ki, 33 yaşlı futbolçu hazırlıq prosesində meydançaya yıxılıb. Tibbi heyətin müdaxiləsindən sonra sol bud nahiyəsi sarınan fransalı oyunçu ciddi şəkildə axsayaraq, iki klub əməkdaşının müşayiəti ilə məşqi vaxtından əvvəl tərk edib.

​Qeyd edək ki, yarımmüdafiəçi avqustun 6-da dizindəki problem səbəbindən "Xetafe"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununu da buraxmalı olub.

​2025-ci ilin iyulunda "Monako"ya keçən təcrübəli oyunçu 2025/2026 mövsümündə 6 matçda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 2,50 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər