Azərbaycan Ukraynadan ət idxal edən ilk üç ölkə sırasındadır
Bu ilin yanvar-mart aylarında Ukraynadan Azərbaycana dəyəri 2 milyon dollardan çox 519,4 ton dondurulmuş mal əti ixrac edilib.
“Operativ Media” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.
Ümumilikdə cari ilin ilk 3 ayında Ukrayna 20,6 milyon dollar dəyərində 5,3 min ton dondurulmuş mal əti ixrac edib.
Rüb ərzində Ukraynanın bu kateqoriyadan olan məhsulunun əsas alıcıları Çin (69 faiz), Azərbaycan (9,8 faiz) və Özbəkistan (7,3 faiz) olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net