Menyu

ABŞ rəsmisi: Hürmüz boğazından gündə 9 milyon barrelə yaxın neft daşınır

Operativ Media
ABŞ rəsmisi: Hürmüz boğazından gündə 9 milyon barrelə yaxın neft daşınır

Hürmüz boğazı vasitəsilə gündəlik daşınan neftin həcminin 8-9 milyon barrel təşkil etdiyi bildirilib.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalının efirində çıxışı zamanı məlumat verib. O, boğazdan hər gün məhz bu miqdarda neftin nəql olunduğunu diqqətə çatdırıb.

​Daha əvvəl "The Wall Street Journal" qəzeti peyk məlumatlarına əsasən iyul ayında boğazdan hər gün orta hesabla 26 gəminin keçdiyini, bunun isə münaqişədən əvvəlki dövrlə müqayisədə beş dəfə az olduğunu yazmışdı. Nəşrin məlumatına görə, avqustun 11-də isə ərazidən cəmi 14 gəmi keçib.

​Bununla belə, Kris Rayt həmin rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edib. Nazir izah edib ki, kommersiya peyk şirkətləri uğurlu biznes strukturları olsa da, hazırda həmin bölgə baş verən münaqişələrə görə çətin müşahidə olunur və real vəziyyəti onlar kimi dəqiq görmək mürəkkəbdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər