Menyu

Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub

Operativ Media
Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub
1 dəq oxu

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Fotogalereya

Əlaqəli Xəbərlər