Həftənin Xülasəsi - 18:00
Əsəd Abbaslı
10-16 avqust tarixləri ərzində baş verən əsas xəbərlər və gündəmin diqqətçəkən hadisələri.
Operativ Media “Həftənin Xülasəsi”ni təqdim edir:
- Azərbaycanın Polşadakı səfiri vəzifəsindən geri çağırılıb, yenisi təyin edilib.
- Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb, yenisi təyin olunub.
- Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb, yeni təyinat olub.
- DTX: Saxta “WhatsApp” hesabları ilə vətəndaşlar hədəfə alınır.
- ABŞ, Ermənistan və Azərbaycan birgə bəyanat yayıb.
- İlham Əliyev Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub.
- İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub.
- İlham Əliyev Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub.
- Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub.
- İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib.
- “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyulub.
- İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub.
- İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub.
- Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb.
- İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub.
- Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
- Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalanıb.
- Azərbaycanın İsveçdəki səfiri geri çağırılıb.
- Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub.
- “Dərnəgül” elektrik deposu qismən istismara verilib.
- Samuxda 9 nəfərdə "qarayara" xəstəliyi aşkarlanıb - BİRGƏ MƏLUMAT
- Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır.
- Xankəndi şəhərinə daha 22 ailə köçürülüb.
- Qubada və ətraf rayonlarda zəlzələ qeydə alınıb.
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net