Menyu

Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

Operativ Media
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

Şəmkirdə baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

Operativ Media xəbər verir ki, ölən 1981-ci il təvəllüdlü A.Aslanovdur.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

20:29

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Operativ Media xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva və 1992-ci il təvəllüdlü H. Həmzəyeva həyatını itirib.

Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.

***

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 17:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Operativ Media xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

19:00

Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin sayı artıb.

Operativ Media xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.

Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir.

18:27

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Operativ Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər ölüb, xəsarət alanlar var.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər