"Əl-Hilal" Karim Benzema ilə yolları ayırmağa çalışır
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu yay transfer pəncərəsi bağlananadək 38 yaşlı hücumçu Karim Benzema ilə əməkdaşlığa son qoymağı planlaşdırır.
Operativ Media xəbər verir ki, "Sky Sport Italia" nəşrinin məlumatına görə, komandanın baş məşqçisi Simone İnzaqi fransalı forvarda gələcəkdə güvənmir, lakin klub hələlik onun gedişini rəsmiləşdirə bilmir.
Vəziyyəti çətinləşdirən əsas amillərdən biri Benzemanın maaşıdır ki, onun bir hissəsi Səudiyyə Ərəbistanının dövlət strukturları tərəfindən ödənilir. Həmçinin, müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün yerli liqanın rəhbərliyindən icazə alınması tələb olunur. Futbolçunun özü isə müqaviləsinin son ili üçün nəzərdə tutulmuş məbləğin tam ödəniləcəyi təqdirdə azad agent statusu ilə komandanı tərk etməyə razıdır, lakin bu şərt nə klubu, nə də liqanı qane edir.
Bununla belə, "Əl-Hilal" "Aston Villa"nın hücumçusu Olli Uotkins ilə ilkin razılıq əldə edib. Buna baxmayaraq, Səudiyyə təmsilçisi Benzemanın taleyinə aydınlıq gətirmədiyindən İngiltərə klubuna rəsmi müraciət edə bilmir.
Xatırladaq ki, ötən qış "Əl-İttihad"dan ayrılan Benzema yeni təklif olunan şərtləri "qiymətləndirilmədiyini" əsas gətirərək komandasını dəyişmiş və "Əl-Hilal"a qoşulmuşdu. O, yeni klubunun heyətində çıxış etdiyi 14 qarşılaşmada 10 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
dəqiqələr içində saytın olsun.