Menyu

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Operativ Media
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
1 dəq oxu

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Əlaqəli Xəbərlər