Menyu

"Ayaks" "Barselona"nın futbolçusunu heyətinə qatdı

Operativ Media
"Ayaks" "Barselona"nın futbolçusunu heyətinə qatdı
1 dəq oxu

Niderlandın "Ayaks" klubu İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Yofre Torrentsi heyətinə qatıb.

Operativ Media Amsterdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilədək nəzərdə tutulub.

AS-ın məlumatına görə Niderland təmsilçisi transfer üçün bonuslar nəzərə alınmaqla təxminən 6 milyon avro ödəniş edəcək. "Barselona" müdafiəçinin növbəti satışından 50 faiz pay almaq hüququnu özündə saxlayıb.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Y.Torrents əsas komandada 4 matç keçirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər