Menyu

"Qarabağ"ın transfer hədəfi olan Ceyms Eto üçün tələb olunan məbləğ açıqlanıb

Operativ Media
"Qarabağ"ın transfer hədəfi olan Ceyms Eto üçün tələb olunan məbləğ açıqlanıb

"Qarabağ" klubunun transfer siyahısında yer alan Bolqarıstanın CSKA komandasının yarımmüdafiəçisi Ceyms Eto üçün tələb olunan qiymət məlum olub.

​Operativ Media xəbər verir ki, Bolqarıstanın "Tema Sport" nəşrinin yaydığı məlumata görө, Sofiya təmsilçisinin rəhbərliyi kamerunlu futbolçu üçün ən azı 2 000 000 avro tələb edir.

​Bildirilib ki, "qırmızı-qaralar"la müqavilə müddətinin 2028/29 mövsümünün sonunadək uzadılması klubun danışıqlardakı mövqeyini gücləndirdiyindən, Ağdam təmsilçisindən daha yüksək məbləğ tələb olunması istisna edilmir.

​Xatırladaq ki, sözügedən Bolqarıstan klubu Avropa Liqasının təsnifat mərhələsinin 2-ci raundunda "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı (0:0, 0:0, penaltilər seriyası – 5:4). Həmin matçdakı penaltilər seriyasında həlledici zərbəni məhz Eto dəqiq yerinə yetirmişdi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər