Menyu

“Köln” “Bolonya”nın hücumçusunu icarəyə götürdü

Operativ Media
“Köln” “Bolonya”nın hücumçusunu icarəyə götürdü

Almaniyanın "Köln" klubu İtaliyanın "Bolonya" komandasının hücumçusu Teys Dallinga ilə icarə müqaviləsi imzalayıb. 

​Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, saziş 2027-ci il iyunun 30-dək qüvvədədir.

26 yaşlı niderlandlı forvard 2024-cü ildən bəri İtaliya təmsilçisinin şərəfini qoruyur. O, 2025/26 mövsümündə keçirdiyi 37 qarşılaşmada 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

​Karyerası ərzində "Tuluza", "Ekselsior", "Qroningen" və "Emmen" klublarının da formasını geyinmiş Niderland millisinin sabiq üzvünün bazar dəyəri "Transfermarkt" portalına əsasən 9 milyon avro qiymətləndirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər