Menyu

Modriçin 13 yaşlı qızı "Real Madrid"in akademiyasına qoşulub

Operativ Media
Modriçin 13 yaşlı qızı "Real Madrid"in akademiyasına qoşulub

Madrid "Real"ının sabiq yarımmüdafiəçisi Luka Modriçin qızı Ema karyerasını İspaniya klubunun akademiyasında davam etdirəcək.

​Operativ Media xəbər verir ki, bu barədə "Madrid Xtra" məlumat yayıb.

Məlumata görə, 13 yaşlı futbolçu "kral klubu"nun qadınlardan ibarət gənclər komandası ilə müqavilə bağlayıb.

​O, bu keçidə qədər İtaliyanın "Milan" klubunun gənclər kollektivinin şərəfini qoruyub. Luka Modriç və həyat yoldaşı Vanya Bosniçin böyük övladı olan Ema Modriç artıq yeni komandasında məşqlərə başlayıb.

​Xatırladaq ki, 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi 2012-2025-ci illər aralığında "Real Madrid"in heyətində çıxış edib. Təcrübəli futbolçu bu klubdakı çıxışını başa vurduqdan sonra karyerasını "Milan"da davam etdirmək qərarına gəlib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər