Menyu

"Tvente"nin baş məşqçis: ""Qarabağ" Cənubi Amerika sayaq oynayan təhlükəli rəqibdir

Operativ Media
"Tvente"nin baş məşqçis: ""Qarabağ" Cənubi Amerika sayaq oynayan təhlükəli rəqibdir
​Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom avrokuboklardakı qarşılaşma öncəsi keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisi haqqında fikirlərini bölüşüb.
​Operativ Media xəbər verir ki, niderlandlı mütəxəssis Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun uzun illərdir eyni komandaya rəhbərlik etməsini yüksək qiymətləndirib:
​"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 2008-ci ildən Azərbaycan klubuna rəhbərlik edir. O, "Tvente" ilə "Qarabağ"ın əvvəlki iki qarşılaşmasında da komandanın baş məşqçisi olub. 2014/2015 mövsümündə Azərbaycan təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Tvente"ni mübarizədən kənarlaşdırıb. 2009/2010 mövsümündə isə iki oyunun nəticəsinə əsasən Niderland klubu daha güclü olub.
​Bu, vaxtilə "Lex Poznan"la qarşılaşdığım eyni məşqçidir. Bir klubda bu qədər uzun müddət işləmək çox gözəl haldır. Bu, belə bir məşqçinin səviyyəsi haqqında nəsə deyir. Beş il əvvəl "Lex Poznan"la orada 1:5 hesabı ilə ağır məğlubiyyət almışdıq. Həmin vaxt onların daha güclü futbolçuları olduğunu düşünürəm. Onlar fərdi keyfiyyətləri yüksək olan oyunçulara malik idilər. İndi də bundan ehtiyatlı olmalıyıq. Bu komanda son illərdə Avropada Konfrans Liqasından daha yüksək səviyyəli turnirlərdə çıxış edib.
​Bu komanda gözəl futbolçuları ilə seçilir. Onlar topa sahib olmağı və topla yaxşı davranmağı sevirlər. Oyun üslubları bir qədər Cənubi Avropa və Cənubi Amerika futbolunu xatırladır. Onlar məhz belə oynayırlar".
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər