Menyu

AQTA ilə Polşanın Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında görüş keçirilib

Operativ Media
AQTA ilə Polşanın Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Görüşdə heyvanların fərdi identifikasiyasının onların hərəkətinin və sağlamlıq vəziyyətinin izlənilməsində, baytarlıq və epizootoloji nəzarətin effektivliyinin artırılmasında əhəmiyyəti qeyd edilib. 

Müzakirələr zamanı identifikasiya və qeydiyyat sistemlərinə riayət olunmasına nəzarət, uyğunluğun monitorinqi və bu sahədə hüquqi mexanizmlərin tətbiqi məsələlərinə də toxunulub. Həmçinin fermerlər və digər sistem istifadəçilərinin prosesə cəlb olunması və identifikasiya tələblərinə əməl etmələrinin təşviqi ilə bağlı yanaşmalar diqqətə çatdırılıb.

Bu sahədə Polşa təcrübəsinin öyrənilməsinin, müasir yanaşmaların tətbiqinin və qarşılıqlı təcrübə mübadiləsinin bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.



Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər