Menyu

Kabab evində at DNT-si aşkarlanıb

Operativ Media
Kabab evində at DNT-si aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.

Agentlikdən Operativ Media-ya bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb.

Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər