Menyu

İşləyən pensiyaçılar üçün artım qaydasının dəyişdirilməsi təklif olunur - VİDEO

Nicat Hüseynli
İşləyən pensiyaçılar üçün artım qaydasının dəyişdirilməsi təklif olunur - VİDEO

2026-cı ildə pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və altı illik iş stajını tamamlayan vətəndaşların pensiyaları yenidən hesablanaraq artırılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna əsasən işləyən pensiyaçıların pensiya məbləği topladıqları pensiya kapitalına uyğun olaraq yenidən hesablanır.

O, qeyd edib ki, altı il ərzində 10 min manat pensiya kapitalı toplayan şəxsin kapitalının 90 faizi, yəni 9 min manat 72-yə bölünərək alınan məbləğ pensiyaya əlavə edilir.

Bildirilib ki, 2026-cı ilin növbəti aylarında altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçıların pensiyaları proaktiv qaydada yenidən hesablanaraq artırılacaq.

Millət vəkili əlavə edib ki, Milli Məclisdə aparılan müzakirələr zamanı altı illik müddətin dörd ilə endirilməsi təklif olunub. Bu halda pensiyaların iki dəfə deyil, üç dəfə artırılması və artımın hər dörd ildən bir həyata keçirilməsi nəzərdə tutulur.

Təklifin həyata keçirilməsi işləyən pensiyaçıların pensiyalarının daha tez artmasına və pensiya kapitalından daha səmərəli istifadəsinə imkan verə bilər.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər