Menyu

Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

Operativ Media
Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib
1 dəq oxu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Əlaqəli Xəbərlər