Menyu

Laçında şəhərində Beynəlxalq Film Festivalı başlayıb

Operativ Media
Laçında şəhərində Beynəlxalq Film Festivalı başlayıb

Avqustun 24-də Laçın şəhərində Beynəlxalq Film Festivalı (Lachin International Film Festival - LIFF) başlayıb. Ayın 27-nə qədər davam edəcək festival “Where Film Meets LIFE” şüarı ilə keçirilir. Tədbir Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı kimi regionun mədəni həyatında yeni səhifə açacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Festivalda nümayiş olunmaq üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onların 38-i festivalın əsas proqramına daxil edilib. Festival çərçivəsində həmçinin 18 yerli film göstəriləcək. Azərbaycan kinosundakı gənc nəslin yeni yaradıcılıq baxışlarını bir araya gətirən bu filmlər müasir milli kinematoqrafiyamızın rəngarəngliyini və inkişaf dinamikasını əks etdirir.

Müsabiqədə qalib gələn 7 film Laçın Beynəlxalq Film Festivalının rəsmi mükafatı olan “Qızıl Palıd Budağı”na layiq görüləcək.

Festivalın əsas məqsədləri Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino ictimaiyyəti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino peşəkarlarını bir araya gətirmək, yeni yaradıcı əməkdaşlıqlar üçün imkan yaratmaq, Laçının beynəlxalq kino və yaradıcı sənaye məkanı kimi potensialını nümayiş etdirməkdir.

Festivalın təsisçisi və icraçı-yaradıcı tərəfdaşı Laçında fəaliyyət göstərən “HochazFilm Creative Studio”, direktoru isə studiyanın həmtəsisçisi və direktoru Amil Məmiyevdir (Amil Amal).

Tədbirin keçirilməsinə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Qarabağ Dirçəliş Fondu, Bakı Abadlıq Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Prodüserlər Gildiyası, Laçın Abadlıq Xidməti dəstək verirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər