Menyu

"Sabah"ın oyununa görə metro gecə saat 1-ə qədər işləyəcək

Operativ Media
"Sabah"ın oyununa görə metro gecə saat 1-ə qədər işləyəcək

Bu axşam saat 20:45-də "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat verib.

Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər