Menyu

Masazırda aylarla yığılan tullantılar sakinləri narahat edir - VİDEO

Nicat Hüseynli
Masazırda aylarla yığılan tullantılar sakinləri narahat edir - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində məişət tullantılarının boş əraziyə atılması sakinlərin narazılığına səbəb olub.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, Nəsrəddin Tusi küçəsində aylardır yığılan tullantılar ətrafa üfunət yayır və yolun bir hissəsini zəbt edir. 

Sakinlərin sözlərinə görə, ərazidə zibil qutularının olmaması problemi daha da dərinləşdirir.

Sakinlər bildirirlər ki, tullantılar ərazidə yandırılır və yaranan tüstü evlərə dolur. Bundan başqa, zibillik küçə itlərinin toplaşdığı yerə çevrilib. Ərazidən qaz xəttinin keçməsi isə sakinlərin narahatlığını artırır.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Masazır İcra Nümayəndəliyinə və Bələdiyyəyə müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı Masazır İcra Nümayəndəliyindən bildirilib ki, ərazidəki vəziyyətdən xəbərdardırlar. Qurumun nümayəndəsinin sözlərinə görə, ərazi kifayət qədər böyükdür və tullantıların təmizlənməsi mərhələli şəkildə həyata keçirilir.

Sakinlərin zibil qutularının niyə əraziyə yerləşdirilməməsi ilə bağlı sualına cavab olaraq bildirilib ki, həmin ərazi zibilxana üçün nəzərdə tutulmayıb və yaxın məsafədə zibil qutuları yerləşdirilib.

Qurum nümayəndəsi ərazinin yaxın zamanda tullantılardan tamamilə təmizlənəcəyini bildirib.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər