Menyu

Bakıda özəl parkinqlərin qiymətləri sürücüləri narazı salır - VİDEO

Nicat Hüseynli
Bakıda özəl parkinqlərin qiymətləri sürücüləri narazı salır - VİDEO

Bakıda bəzi özəl parklanma məntəqələrində tətbiq olunan yüksək tariflər sürücülərin narazılığına səbəb olub.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sürücülər son vaxtlar bəzi özəl parkinqlərdə qiymətlərin artdığını bildirirlər.

Onların sözlərinə görə, qısa müddətlik parklanma üçün belə bir neçə manat ödəniş tələb olunur.

Sürücülər qiymətlərin bəzi hallarda 1 manatdan 3-5 manatadək yüksəldiyini deyirlər. Onlar xüsusilə qısa müddətə avtomobil saxlayan şəxslər üçün daha əlçatan tariflərin tətbiq edilməsini istəyirlər.

Ekspertlər bildirirlər ki, özəl parklanma ərazilərində qiymətlər sahiblər tərəfindən sərbəst müəyyənləşdirilir. Bununla belə, tariflərdən sui-istifadəyə yol verilməməli, qiymət siyasətinə nəzarət gücləndirilməlidir.

Mütəxəssislərin fikrincə, parklanma xidmətlərində sürücülərin maraqları da nəzərə alınmalı, tariflər əlçatan və şəffaf olmalıdır.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər