Menyu

100 minə yaxın mənzilə sənəd veriləcək - VİDEO

Nicat Hüseynli
100 minə yaxın mənzilə sənəd veriləcək - VİDEO

Azərbaycanda bələdiyyə və dövlət mülkiyyətində olan torpaqlarda tikilmiş bəzi sənədsiz evlərin rəsmiləşdirilməsi mümkün olacaq.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, bələdiyyə torpaqlarında yerləşən evlərin sahibləri həmin ərazinin alqı-satqısı üçün bələdiyyələrə müraciət edə bilərlər. Bunun üçün torpağın kommunal və yüksək gərginlikli xətlərin mühafizə zonasında, eləcə də neft müqaviləsi ərazisində olmaması tələb olunur.

Dövlət torpaqlarında yerləşən evlərlə bağlı isə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilə bilər. Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlər üçün torpağın kateqoriyasının dəyişdirilməsi mümkün olmalıdır.

Məlumata görə, 100 mindən çox qeydiyyatsız evə ilkin mərhələdə sənəd verilməsi nəzərdə tutulur. Sənədləşdirilən evlərdən alqı-satqı və ipoteka əməliyyatlarında istifadə etmək mümkün olacaq.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər