Menyu

​“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı keçirilib

Operativ Media
​“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı keçirilib

​Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

​Üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.

​Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır.

​Konfransın sonunda təlim tapşırıqları razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər