Menyu

“Gənclik”də bəzi avtobusların hərəkəti məhdudlaşdırılıb

Operativ Media
“Gənclik”də bəzi avtobusların hərəkəti məhdudlaşdırılıb
1 dəq oxu

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. 

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat verib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.

Əlaqəli Xəbərlər