Menyu

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

Operativ Media
Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.

AMB-dən Operativ Media-ya bildirilib ki, görüş çərçivəsində innovativ maliyyə ekosisteminin formalaşdırılması və maliyyə texnologiyalarının inkişafı üzrə mövcud yanaşmalar və gələcək perspektivlər, eləcə də bu sahədə ixtisaslaşmış təşkilatlar üçün maliyyələşmə mənbələrinə əlçatanlığın atırılması kimi aktual məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin institusional əməkdaşlıq imkanlarının dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər