Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib
Operativ Media
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net