Menyu

Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək

Operativ Media
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
1 dəq oxu

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitində iştirak etmək üçün Qırğızıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Təşkilatın yaradılmasının 25 illiyinə həsr olunmuş iki günlük tədbir Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Sammitdə 10-a yaxın dövlət başçısının, o cümlədən Çin və Rusiya prezidentlərinin iştirakı gözlənilir.

Səfər çərçivəsində M.Pezeşkian digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək, regional məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Əlaqəli Xəbərlər