199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
Şəfa Hüseynli
Paytaxtın Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nömrəli müntəzəm marşrutun bütün avtobusları dəyişdirilir.
Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən “İveco” markalı avtobuslarla əvəzlənəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net