Menyu

Tahir Rzayev: Azərbaycan Prezidentinin ŞƏT Zirvə görüşündə iştirakı yüksək etimadın ifadəsidir

Operativ Media
Tahir Rzayev: Azərbaycan Prezidentinin ŞƏT Zirvə görüşündə iştirakı yüksək etimadın ifadəsidir

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq aləmdə öz yeri olan platformadır. Bu platformada iştirak edən dövlətlər dunya iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ŞƏT-in Zirvə görüşünə dəvət alması, əlbəttə ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisi olmaqla bərabər, dövlətimizin rəhbərinə göstərilən diqqət və etimadın ifadəsidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Cənab İlham Əliyev xarici ölkələrə etdiyi bütün səfərlərdə və iştirak etdiyi beynəlxalq tədbirlərdə daim Azərbaycanın milli maraqlarına xidmət edən mövqedən çıxış edir:

"O, xalqımızın rifahı, dövlətimizin gələcəyi və müstəqilliyimizin möhkəmləndirilməsi üçün əhəmiyyətli bəyanatlar verməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafını da daimi diqqət mərkəzində saxlayır.

Sözsüz ki, təşkilatın zirvə görüşündə Azərbaycan Prezidenti iştirakçı ölkələrin və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, mühüm sənədlərin imzalanması üçün imkanlar araşdırılacaq, əməkdaşlığın möhkəmləndirilməsi və münasibətlərin yaxşılaşdırılması üçün təkliflər irəli sürüləcəkdir.

Ölkə rəhbərinin hər bir səfəri öz əhəmiyyətinə görə vacibdir. Qırğızıstana səfər də bu baxımdan çox mühüm hesab olunur. Bu təşkilatın zirvə görüşlərində dünyanı narahat edən və iqtisadi inkişafa hesablanan çox ciddi məsələlər gündəmə gətirilir. Nəinki təşkilatın üzvləri, eyni zamanda iştirakçı dövlətlərin rəhbərləri də öz təkliflərini bildirirlər.

Cənab İlham Əliyev də bütün səfərləri zamanı dəyərli təklifləri, məsləhətləri və mülahizələri ilə seçilir, dünya ölkələrinin inkişafı naminə vacib məsələləri gündəmə gətirir. Bu səfər də, sözsüz ki, əhəmiyyəti ilə seçiləcək və Azərbaycanın beynəlxalq aləmdə tanınmasına yeni bir töhfə verəcəkdir".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər