Menyu

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
1 dəq oxu

Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib.

Həmçinin Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərriyi oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər