Antisanitar şəraitdə kvas istehsal edən müəssisə ilə bağlı tədbir görülüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
İstehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti isə məhdudlaşdırılıb.
dəqiqələr içində saytın olsun.