Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan sərhədinə aparan dəmir yolunun bərpasını müzakirə etməyə hazırdır
Operativ Media
"Rusiya Ermənistan ərazisində Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının detallarını müzakirə etməyə hazırdır".
Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, son 2-3 gün ərzində Rusiya nümayəndələrinin layihənin detalları, o cümlədən investisiyaların kim tərəfindən və hansı həcmdə yatırılacağını müzakirə etməyə hazır olduqları barədə siqnallar alıb.
Mirzoyan qeyd edib ki, məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpasını nəzərdə tutur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma