Menyu

Oktyabrda Ermənistan-Türkiyə biznes-forumu keçiriləcək

Operativ Media
Oktyabrda Ermənistan-Türkiyə biznes-forumu keçiriləcək
1 dəq oxu

Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

"Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq", - o qeyd edib.

Mirzoyan bildirib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.

Xatırladaq ki, cari ilin iyun ayında Qarsda Türkiyə və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin "B2B" formatında görüşü keçirilib.

Əlaqəli Xəbərlər