Menyu

Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb

Operativ Media
Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb
1 dəq oxu

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər